21 İyun 2026
Kateqoriyasız

“Qarabağ”ın ölkə adına qazancı

Ötən gün “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda “Olimpiakos”la heç-heçə etməsi (0:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektivin qolsuz heç-heçə etməsi ölkənin aktivinə daha 0,250 xal yazdırıb. Azərbaycan bununla da, reytinqdə 15,875-ə çatıb və 29-cu pillədəki mövqeyini qoruyub.

“Qarabağ” G qrupunda 7 xalla 2-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43