Elitada qalmaq uğurunda mübarizə aparan “Kəpəz” sponsor məsələsini yoluna qoymaq üzrədi.
İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisinə sponsorluq etmək istəyənlər arasında Rusiyada işləyən azərbaycanlı iş adamları da var.
Hətta bu iş adamları Futbol İnkişaf Fondunun (FİF) Gəncədə “Kəpəz” üçün keçirdiyi tədbirdə iştirak da edib. Tərəflər arasında danışıqlar davam edir.
Klubun elitada qalıb-qalmayacağı komandaya sponsorluq etmək istəyən şirkətləri narahat edən məqamdı. “Kəpəz” Premyer Liqada qalacağı rəsmiləşdiyi andan etibarən klub yeni sponsoruna qovuşacaq.