Milli komanda

Millimizin yoldaşlıq oyunlarının stadionu açıqlanıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının məkanı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmalar “Dalğa Arena”da baş tutacaq.

Hər iki görüş saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43