Kristiano Ronaldo Portuqaliya millisində rekord qırmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu yığmanın AVRO-2024 seçmə mərhələsi çərçivəsində Lixtenşteynə qarşı görüşdə meydana çıxarsa, özü üçün əlamətdar olacaq.
Belə ki, o, bununla mili forma ilə 197-ci matçına çıxacaq. Hazır milli komandalarla ən çox meydana çıxmış futbolçu Küveyt yığmasının forvardı Bədr Əl Mutavadır.
Ronaldo 2003-cü ildən Portulqaliya millisinin üzvüdür. O, 109 qol vurmaqla milli komandalarda ən çox fərqlənmiş futbolçudur.