Dünya futbolu

Konte “Tottenhem”dən ayrılıb İtaliya klubuna keçə bilər

Antonio Konte “Roma”nın baş məşqçisi ola bilər.

İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, paytaxt klubu Joze Mourinyonun ayrılacağı təqdirdə onun əvəzinə italiyalı mütəxəssisi fikirləşir.

Son günlərdə portuqaliyalı çalışdırıcının mövsüm sonunda PSJ-yə keçəcəyi barədə iddialar var.

Kontenin isə “Tottenhem”də işləri qaydasında getmir. Onun yaxın vaxtda London klubu ilə yollarını ayırması gözlənilir.

“Roma” rəhbərliyi yayda Mourinyo komandanı tərk edərsə, Konte ilə müqavilə bağlamaq niyyətindədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43