Dünya futbolu

“Real”ın gözü ondadı, əgər bu transfer baş tutmasa…

“Real” “Yuventus”un futbolçusu Duşan Vlahoviç transferində israrlıdı.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu yayda mütləq yeni hücumçu transferi etmək niyyətindədi. Məhz buna görə də “kral klubu” Turin təmsilçisinə Vlahoviç üçün cəlbedici təklif göndərəcək.

Əgər “Yuve” serbiyalı forvardı “Real”a satmaq istəməsə, o zaman İspaniya nəhəngi “Tottenhem”dən Harri Keynin mümkün transferinə çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43