Dünya futbolu

“Gedə də bilərəm, qala da bilərəm” – “Yuventus”un futbolçusu

“Yuventus”un fransalı futbolçusu Adrien Rabiotun klubdakı gələcəyi bəlirsizdir.

İdmanxeber.az-ın məlumarına görə, təcrübəli oyunçunun mövsüm sonu müqaviləsi başa çatır. Turin təmsilçisi ona yeni sözləşmə təklif etməyib.

Rabiot öz gələcəyi ilə bağlı yerli mətbuata açıqlamasında yaxın günlərdə rəhbərliklə görüşəcəyini bildirib:

“Açığı, hazırda konkret hər hansı bir qərar qəbul etməmişəm. Gedə də bilərəm, qala da bilərəm. Vəziyyət hazırda belədir. Turində özümü çox yaxşı hiss edirəm. Heç nədən şikayətim yoxdur. Məşqçilər heyəti və futbolçularla çox yaxşı münasibətim var”.

Fransalı futbolçu cari mövsüm 33 oyunda çıxış edib və 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43