Kristiano Ronaldo daha bir əlçatmaz uğura imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Portuqaliya millisində ən çox qol vuran 3 oyunçunun cəmindən daha çox fərqlənib.
Belə ki, 38 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Lüksemburqla oyunda (6:0) dubla imza atıb.
O, bununla da yığmadakı qollarının sayını 198-ə çatdırıb.
Ronaldo Portuqaliya millisindəki məhsuldarlığı ilə Pedro Pauleta (47), Eysebio (41) və Luiş Fiqu (32) kimi futbolçuların cəmindən daha çox fərqlənib.

