27 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ” qalib gəldi, “Qəbələ” uduzdu – YENİLƏNİB

Misli Premyer Liqasında bu gün XXVIII tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Şamaxıda baş tutub. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib.

Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb 1:0.

Bu nəticənin ardından xallarının sayını 74-ə çatdıran “Qarabağ” liderliyini davam etdirib. Meydan sahibləri isə 20 xalla 9-cu pillədə yer alır.

Tura Bakıda yekun vurulub. “Sabah” evdə avrokuboklara iddialı “Qəbələ”ni qəbul edib. Görüş ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticənin ardından paytaxt təmsilçisi 65 xalla 2-ci, qonaqlar isə 36 xalla 5-ci sırada qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XXVIII tur

2 aprel (bazar)

15:30. “Şamaxı” – “Qarabağ” 0:1

Qol: Elvin Cəfərquluzadə
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sabah”– “Qəbələ” 3:2

Qollar: İlkin Qırtımov, 9-avtoqol (1:0), Ülvi İsgəndərov, 21 (1:1), Feras Abu Akal, 27 (1:2), Coy Lens Mikels, 86 (2:2), Aleksey Kaşuk, 90+5 (3:2)
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43