“Yaxşı, maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda açıq futbol nümayiş etdirirdi. Komandam layiqli mübarizə apardı və meydanda qələbə üçün hər şey etdi. Rəqib təzyiq göstərəndən sonra müdafiədə boşluq yarandı və qələbəni əldən verdik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sabah” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Bu oyunu udub “Zirə”ni keçmək kimi bir anlayış yox idi. Komanda sadəcə qələbə qazanmaq istəyirdi. İnanıram ki, sona kimi mübarizədən qopmayacağıq.
Bir dəyişiklik 3 dəqiqə vaxt aparır. Çox hakimliyin üstünə atmaq istəmirəm. Amma düşünürəm ki, oyunçunu daha tez meydana buraxmaq olardı”.

