“Bavariya”dan ayrılan Yulian Naqelsman “Çelsi”nin baş məşqçi postuna namizəddir.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışıdırıcı London klubu üçün ən ideal namizəd olsa da, Yulian mövsüm sonuna qədər çalışmaq niyyətində deyil. O, bir müddət istirahət etmək istəyir.
“Sport 1” nəşri iddia edir ki, hazırda tərəflər arasında heç bir danışıq yoxdur. “Çelsi” rəhbərliyi baş məşqçi postu üçün tələsik qərar verməyəcək.
Xatırladaq ki, “zadəganlar” uğursuz gedişatın ardından baş məşqçi Qrem Potterlə yollarını ayırıb. Komanda Premyer Liqada 11-ci sırada yer alır.

