10 İyul 2026
Dünya futbolu

“Qələbə komandada özünə inam yaradır” – Stefano Pioli

“Milan” A Seriyasının 28-ci turunda səfərdə “Napoli” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun ardından “Milan”ın baş məşqçisi Stefano Pioli matç barədə fikirlərini bildirib:

“Qələbədən məmnunam, lakin bu, yalnız ilk addımdır. Qarşıda daha 9 oyun var ki, onları da eyni nəticə ilə keçirmək lazımdır. Komanda həddindən artıq xal itirib. Bu nəticə Çempionlar Liqasındakı matçlara təsir etməyəcək. Orada fərqli atmosfer olur.

Bu oyunu diqqətlə izləyib və növbəti matçlar haqqında düşünməliyik. Çempionlar Liqasına vəsiqə qazanmalıyıq. Qələbə komandada özünə inam yaradır. 

Yalnız böyük klublar həm çempionatda, həm də Çempionlar Liqasında yaxşı çıxış etməyi bacarırlar”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43