10 İyul 2026
Ölkə futbolu

Zubirin “Qarabağ”da yubiley oyunu

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVIII turuna təsadüf edib.

“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə meydanda olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43