10 İyul 2026
Ölkə futbolu

“Sabah” 19-cu oldu

Misli Premyer Liqasının ikinci mükafatçısı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca, 28-ci turda “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.

“Qəbələ” ilə dünənki görüşdəki 3:2 hesablı qələbə ilə Murad Musayevin komandası tarixinin ilk medalını təmin edib.
Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.

“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb. “Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43