11 İyul 2026
Ölkə futbolu

“Səfərdə daha rahat oynayırıq” – “Turan Tovuz”un kapitanı

“İki dəfə önə keçsək də, fərdi səhvlərdən qollar buraxdıq. İkinci qolda penaltidən fərqləndirlər, üçüncü də isə mən topu itirməməliydim. Ancaq arxadan gələn oyunçunu görmədim. Səhv etməsəm daha yaxşı olardı. Ancaq artıq qarşıdakı oyunlar barədə düşünürük”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Sumqayıt” oyunu barədə danışarkən deyib. O, komandanın son sıralarda olmamasının arxayanlıq yaratmadığını bildirir:

“Arxayınlıqdan söhbət belə gedə bilməz. Hələ böyük bir şey etməmişik. Hər oyuna xal üçün çıxırıq. Son sıralara düşməyin qoruxsunu da yaşamırıq. Nə arxayınlıq, nə də həyəcan var. Bütün oyunlara baxsaq, pis mübarizə aparmırıq. Evdə “Şamaxı” ilə oynayacağıq, qələbə qazansaq rəqiblərmizdən yenə də aralana bilərik. 

Tovuzda azarkeş dəstəyi çox olur. Ola bilsin bəzi futbolçular sıxılırlar. Həmişə yaxşı nəticə qazanıb, tərəfdarları sevindirmək istəyirik. Bəlkə də səfərdə daha rahat oynayırıq. Amma evdəki matçlar bizim üçün xüsusi olur”. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43