11 İyul 2026
Dünya futbolu

“Diqqətimizi cəmləməli, içində olduğumuz vəziyyəti başa düşməliyik”

PSJ Fransa çempionatının növbəti turunda “Lion”a məğlub(0:1) olub.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubunun baş məşqçisi Kristof Qaltye oyun sonrası qarşılaşma barədə fikirlərini bildirib. O, bu məğlubiyyətin komandasına yaraşmadığını açıqlayıb:

“2023-cü ildə 8-ci məğlubiyyət PSJ üçün çox şey deməkdi. Qarşılaşmaya yaxşı başlasaq da, rəqibə verdiyimiz imkanlar bizi məyus edir. Azarkeşlərimiz bizi son dəqiqəyə kimi irəli səsləyir, amma biz buna reaksiya vermirik.

Diqqətimizi cəmləməli, içində olduğumuz vəziyyəti başa düşməliyik. Təbii ki, məyusluq böyükdür. Çempionluğu qazanmaq çətindir, bunun asan iş olduğunu düşünürsənsə, yanılırsan. Bu titulu qazanmaq üçün yanaşmamızı dəyişməli, meydanda xarakter göstərməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43