11 İyul 2026
Ölkə futbolu

“Kəpəz” rəhbərliyi stadion üçün hərəkətə keçdi

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Kəpəz”  – “Səbail” oyununda Gəncə Şəhər Stadionunun qazonunun yararsız vəziyyətdə olması geniş müzakirələrə səbəb olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, artıq klub rəhbərliyi bununla bağlı hərəkətə keçib. Belə ki, meydançanın durumunu düzəltmək üçün Gəncəyə mütəxəssis dəvət edilib.

Mütəxəssis ilkin baxışın ardından qazona xəstəlik düşdüyünü və bunun bütün stadionlarda baş vercə biləcəyini vurğualyıb. O, Gəncədəki durumun daha sərt olduğunu da rəhbərliyin diqqətinə çatdırb.

Hazırda meydançanın ən qısa vaxtda düzəldilməsi üçün işlər aparıldığı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43