“Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qaralar” “Borussiya”nın (Mönhenqladbax) futbolçusu Rami Bensanbayini transfer edib. Dortmun təmsilçisi 27 yaşlı futbolçuyla bir neçə gün öncə yeni müqavilə bağlayıb.
O, mövsüm sonu azad agent statusu ilə “Borussiya”ya keçəcək.
Əlcəzairli bu mövsüm Bundesliqada 22 oyuna çıxıb və 5 qol vurub.

