“Barselona” İspaniya La Liqasının 28-ci turunda “Jirona” ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş 0:0 hesabı ilə sona çatıb. Oyunun ardından Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandez matç barədə fikirlərini bildirib:
“La Liqada qalib gəlməyi düşünürük. Hazırda çox yaxşı vəziyyətdəyik. Qələbə qazanmağa çalışdıq, pis oyun keçirmədik. Qol vurmaq və qalib gəlmək üçün çoxlu imkanlarımız oldu. Çatışmayan yeganə şey son toxunuş idi.
Düşünürəm ki, biz qələbəyə layiq idik. Yalnız nəticəyə baxsaq öz meydanımızda bir xala sevinə bilməzsiniz. Ancaq sona 10 oyun qalmış ikinci yerdən 13 xal qabaqdayıq.
Fasiləyə qədər qol vura bilsəydik, hər şey başqa cür olardı. Amma bəzən həyatları üçün mübarizə aparan komandalarla qarşılaşmalı olursan”.

