07 İyul 2026
Dünya futbolu

“Real” ispaniyalı futbolçu ilə razılığa gələcək

Marko Asensio “Real”la müqaviləni uzatmağa yaxındır. 

İdmanxeber.az-ın məlumatına görə, tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqları davam etdirirlər. “The Atletic” nəşri yazır ki, oyunçu rəhbərliklə razılığa gələcək.

Klubun baş məşqçisi Karlo Ançelotti ispaniyalının komandada qalmaq istədiyini bildirib. Asensio da “Real”da qalmağa müsbət yanaşır. 

Yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti və maaşı müzakirə olunur. Yeni sözləşmənin müddəti 2027-28 ci ilə qədər nəzədə tutulub.

Asensionun Madrid klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43