07 İyul 2026
Dünya futbolu

Əliyar Ağayev Yunanıstan kuboku oyununda

FIFA referisi Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. VAR hakimi isə Elçin Məsiyev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43