PSJ mövsümün sonunda maliyyə feyr-pley müqaviləsinin şərtlərinə əməl edə biləcək.
İdmanxeber.az-ın məlumatına görə, ötən mövsüm sonunda Paris klubunun itkisi 369 milyon avro olaraq açıqlanmışdı. Bu səbəbdən UEFA PSJ-dən bu durumun düzəldilməsini tələb etmişdi.
“Le Parisien” nəşri iddia edir ki, klubun UEFA-ya təqdim etdiyi məlumatlara görə, mövsümün sonunda komandanın gəliri 800 milyon avro olacaq. PSJ həmçinin Mauro İkardi, Julian Draksler, Leandro Paredes və Veynaldum kimi oyunçuları satmağı düşünür.
Bunlarla yanaşı, Kilian Mbappe ilə müqavilənin uzadılması xüsusiyyətləri də FFP-nin tələblərinə uyğun olacaq.
Bu səbəbdən də PSJ yayda transferlərə istədiyi məbləği xərcləyə biləcək.

