“Zirə” Misli Premyer Liqasının 30-cu turunda “Səbail”ə qarşı oyuna itkilərlə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi Mohamed Hamdaui “Qəbələ” ilə oyunda zədələnib. Onun təxminən 3 həftə yaşıl meydanlardan kəmar qalacağı gözlənilir.
Bununla yanaşı, Andriya Lukoviç də “dənizçilər”ə qarşı meydanda olmayacaq. O, cəzalı olduğu üçün bu görüşü buraxır. Bir müddətdir zədəsi davam edən Mirsayib Abbasovun isə komanda ilə məşqlərə başladığı bildirilir.
Onun qarşıdakı görüşdə oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək.
“Zirə” – “Səbail” matçı aprelin 14-də keçiriləcək.

