Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”a məğlub olan (0:2) “Çelsi” cavab matçına ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun mərkəz müdafiəçisi Xalidu Kulibali zədə səbəbindən Madrid klubu ilə cavab matçını buraxmalı olacaq.
Bundan başqa Ben Çilvell ilk matçda meydandan qovulduğu üçün cavab oyununda “zadəganlar”a kömək edə bilməyəcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçi aprelin 18-də keçiriləcək.

