Türkiyə Super Liqasının 29-cu turuna start verilib.
İdmanxeber az-ın məlumatına görə, turun açılış matçında lider “Qalatasaray” evdə “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi oyunda böyükhesablı qələbə qazanıb – 6:0.
“Sarı qırmızılar”ın qələbə qollarının üçünü Mauro İkardi, Kerem Aktürkoğlu, Raşitsa və Zaniolo vurub.
Bu qələbənin ardından xallarının sayını 66-ya çatdıran “cim-bom” liderliyini möhkəmləndirib.

