11 İyul 2026
Dünya futbolu

“İnter”in hədəfindəki futbolçular

İtaliyanın “İnter” klubu “Barselona”nın 3 futbolçusuna “elçi düşüb”.

İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi Kataloniya klubundan Kessie, Umtiti və Jordi Albanı heyətinə qatmaqda maraqlıdı. “Barsa” rəhbərliyi isə bu futbolçular qarşılığında “İnter”dən Brozoviçi və əlavə olaraq pul istəyir.

Hər iki klub rəhbərliyinin bu gün görüşdüyü bildirilir. Lakin təfərrüatlar açıqlanmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43