15 İyul 2026
Ölkə futbolu

“Konyaspor” “Adana Demirspor”u qəbul edir – Mahir oynayacaq?

Türkiyə Super Liqasının 30-cu turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Enmrelinin formasını geyindiyi “Konyaspor” bu gün növbəti oyununa çıxacaq. Komanda doğma meydanda “Adana Demirspor”u qonaq edir. 

Emrelinin görüşə əsas heyətdə başlayıb-başlayamacağı bəlli deyil. Yerli mətbuat millimizin futbolçusunun ikinci hissədə meydanda daxil olacağını iddia edir.

“Konyaspor” – “Adana Demirspor” matçı Bakı vaxtı ilə 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43