“Səbail”in Misli Premyer Liqasının 29-cu turunda “Sabah” qələbəsinə (2:1) rəhbərlik biganə qalmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu qalibiyyətlə “dənizçilər”in üzvləri cari mövsümün ən yüksək mükafatını alıblar.
Belə ki, rəhbərlik əsas heyət oyunçularına 2000, ehtiyatdakı isimlərə isə 1000 manat “premya” verib.
Xatırladaq ki, paytaxt klubu sözügedən görüşdə vacib qələbə qazansa da, sonra “Zirə”yə 3:1 məğlub olub. “Səbail” hazırda 21 xalla sonuncu sıradadır.