“Qalatasaray” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” Milot Raşitsanın birdəfəlik keçidini həll etmək istəyir. Müqavilə ilə “Norviç Siti”yə aid olan oyunçu mövsümün əvvəlindən icarə əsasında İstanbul klubunda çıxış edir.
Rəhbərlik yayda oyunçu üçün qarşı tərəfə 7,5 milyon avro təklif edəcək. Əgər tərəflər razılığa gələ bilməsə, “Qalatasaray” kosovalını daha bir mövsüm icarəyə götürməyə çalışacaq.
Raşitsanın “sarı-qırmızılar”la sözləşməsi mövsüm sonu başa çatır.