“Mançester Yunayted”in hücumçu axtarışlarını davam etdirir.
İdmanxeber.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Tottenhem”in futbolçusu Harri Keyni transfer etməkdə israrlıdır. Rəhbərliyin artıq hücumçu üçün danışıqlara başladığı bildirilir.
Mənbə yazır ki, ingiltərəli futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir. Ancaq onun yayda klubdan ayrılmaq ehtimalı yüksəkdir.
“Tottenhem” klubu Keyn üçün 100 milyon funt-sterlinq tələb edəcək. Rəhbərlik bundan aşağı məbləğə oyunçunu buraxmayacaq.
29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 32 oyuna çıxıb, 24 qol vurub və 2 məhsuldar ötürmə edib.