28 İyul 2026
İdman

Millimiz Nigeriyaya uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, yığma D qrupundakı ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib.

İlk turda ev sahiblərinə uduzan Azərbaycan yenə məğlubiyyətlə üzləşib. Görüş Afrika təmsilçisinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda qrupdakı son oyununda Qvatemala ilə qarşılaşacaq.

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43