“Qalatasaray” fransalı hücumçusu Bafetimbi Qomis barədə qəbul edib.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir əsas heyətdə oynamayan futbolçu bu yaxınlarda komandadan ayrılmaq istədiyini və bu mövsüm heç bir matçda çıxış etməyəcəyini bildirmişdi.
Ancaq məşçqilər heyətinin onunla görüşünün ardından Qomis qərarını dəyişib. Mənbə yazır ki, baş məşqçi Okan Buruk qarşıdakı matçlarda Qomisə daha çox şans verəcək.
Müqaviləsi mövsüm sonu bitəcək təcrübəli qolcunun Türkiyədən bir neçə klubun maraq dairəsində olduğu bildirilir.

