“Real”ın yarımmüdafiəçisi Eden Hazard 2024-cü ildə karyerasını başa vura bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı Madrid klubu ilə müqaviləsi başa çatan kimi futbolla vidalaşacaq. Belçikalı oyunçunun artıq bu işdən zövq almadığı bildirilir.
Hazardla Amerika klublarının maraqlandığı bildirilsə də, ona heç yerdən rəsmi təklif yoxdur.
O, 2019-cu ildən “Real”da çıxış edir. Təcrübəli futbolçu bu müddət ərzində Madrid klubu ilə iki dəfə İspaniya çempionluğunu, bir ölkə kubokunu və Superkubokunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb.
Eden bu mövsüm komandanın heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

