“Barselona”nın baş məşqçisi Xavi Hernandes rəhbərliklə görüşəcək.
İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis Xuan Laporta ilə görüşərək maaşının artırılmasını müzakirə edəcək. Mənbənin sözlərinə görə, Xavi buna layiq olduğunu düşünür.
Hazırda mütəxəssis illik 4 milyon avro alır. Rəhbərlik də Xavinin maaşının artırılmasına qarşı deyil.
41 yaşlı çalışdırıcının “Barselona”yla müqaviləsi 2024-cü ilə qədərdi.