22 Dekabr 2024
Ölkə futbolu

“Həyatımda ən gərgin, çətin oyun oldu” – Şahin Diniyev

“Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudur, çətinliklərə öyrəşmişəm. “Səbail” camiəsinin, akademiyadakı uşaqlara görə də ürəyim ağrıyırdı. Çətin günümüzdə də birlikdə olmuşuq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Şamaxı” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Çiynimdə yük çox idi. İçimdə bir söz var, deyəcəm. “Şamaxı”nın birinci diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiz. Hamını “Şamaxı”nı Premyer Liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər üç liqada olmalıdır. Birinci dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. Son nəfəsimizə qədər, “Şamaxı”nın getməməsini istəyən ən böyük mənəm. İdman prinsipindən danışmaq tezdir.

Eyni reqlament üç liqada varsa, aydındır. Amma idman prinsipi təkcə Premyer Liqadadır? “Şamaxı” çox yaxşı komandadır. Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. “Turan Tovuz” və “Kəpəz” ötən mövsüm neçənci yeri tutub gəldi? Onda idman prinsipi yada düşmürdü. “Şamaxı”nın gedişi ilə Azərbaycan futboluna ziyan vurduq. Oyunlar sayı çox olacaq. Həm hüququ, həm də idman prinsipi cəhətdən ən düzü budur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43