17 İyul 2026
Ölkə futbolu

“Neftçi”dən şəhid övladlarına dəstək

ƏMANƏT – Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi Təşkilatı 28 May – Müstəqillik Günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün tədbir təşkil edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” rəhbərliyi də bu tədbirə biganə qalmayıb. Belə ki, kapitan Emin Mahmudovun da iştirak etdiyi tədbirin ardından klub ƏMANƏT-in hesabına maddi iane edib. 

Tədbirdə təcrübəli futbolçu əmanətlərlə birgə maraqlı vaxt keçirib, balacalarla əyləncəli, müxtəlif oyunlar oynayıb. Mahmudov sonda qəhrəmanların övladları ilə xatirə şəkilləri çəkdirib.

Milli komandamızın kapitanından təqdirəlayiq addım - FOTOLAR

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43