16 İyul 2026
Dünya futbolu

“Hakim haqsızlığından ölümcül dərəcədə yorğunuq” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalındakı məğlubiyyəti şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu penaltilər seriyasında “Sevilya”ya məğlub olub. Görüşün ardından portuqaliyalı mütəxəssis oyun barədə bunları söyləyib:

“Biz hakim haqsızlığından ölümcül dərəcə yorğunuq. Gərgin, aqressiv keçən oyunu baş hakim daha da betər etdi. Bütün futbolçularımıza “sarı” verirdi, heç  kimə danışmağa imkan vermədi. Haqsızlıq onda özünü göstərir ki, Lamela ikinci vərəqə almalı idi, ancaq nədəndə olmadı. Əvəzində isə openlatilər seriyasında qol vuraraq komandasına qələbə qazandırdı”.

Qeyd edək ki, xarici mətbuat oyundan sonra portuqaliyalı çalışdırıcının stadionun yaxınlığında hakimlərlə əlbəyaxa dava etdiiyni bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43