“Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu “Real”ın maraq dairəsindədi. Komandanın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a gedəcəyi ilə bağlı klubu xəbərdar edib.
Haverts ötən mövsüm “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

