“Zirə”nin legioneri Loris Bronyo və Coşqun Diniyev komandadan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçular bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər. Belçikalı futbolçu “Azərbaycandakı iki il üçün təşəkkürlər. İndi isə yeni macəra vaxtıdır” – deyə, bildirib.
Diniyev isə “Gözəl keçən iki ilin ardından ayrılıq vaxtı gəldi. Burada çox yaxşı dostlar qazandım, hamınıza uğurlar” yazaraq qəsəbə təsmilçisi ilə vidalaşıb.
Bronyonun karyerasını başqa ölkədə davam etdirəcəyi bildirilir. O, Azərbaycanda çıxış etmək niyyətində deyil. Coşqun Diniyevin isə atası Şahin Diniyevin baş məşqçi olduğu “Səbail”ə keçməsi gözlənilir.

