“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”lə müqavilə imzalayıb.
İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, transferin yaxın günlərdə rəsmən açıqülanacağı gözlənilir. 2Qırmızı şeytanlar”ın London klubuna nə qədər təzminat ödəyəcəyi bildirilməyib.
Mauntun “Çelsi” ilə 2024-cü ilə qədər müqaviləsi var. 2022/23 mövsümündə yarımmüdafiəçi komandanın heyətində bütün yarışlarda 35 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

