15 İyul 2026
Dünya futbolu

Maquayr “Mançester Yunayted”dən ayrılır

“Mançester Yunayted” müdafiəçi Harri Maquayr kluby tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu mövsümün sonunda “Mançester Yunayted”dən ayrılmağa yaxındır. İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşma müdafiəçinin “qırmızı şeytanlar”da son oyunu ola bilər.

Oyunçuya bir neçə klubdan təklilər olduğu və yekun qərarını hələ vermədiyi bildirilir. 

Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. 30 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb və qol vurmayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43