“Neftçi”nin prezidenti Kamran Quliyev “Errea” idman malları şirkəti ilə sponsorluq müqaviləsi zamanı jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri “Neftçi”nin kapitanı Emin Mahmudovun komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı belə cavablandırıb:
“İnanın ki, Emin hələ heç bir qərar verməyib. Premyer Liqada çox yaxşı çıxış edən, performansı yüksək səviyyəyə çatan oyunçular bütün variantları gözdən keçirir. Ancaq sizi əmin edim ki, Emin yekun qərarını verməyib.
Əgər o, “Neftçi”də qalsa, Azərbaycanda oynayan ən ödənişli 3 futbolçudan biri olacaq. Kubokun finalından sonra onunla danışacağıq”.

