10 İyul 2026
Ölkə futbolu

“Qəbələ” braziliyalı futboçu ilə vidalaşdı

“Qəbələ” klubu futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumata görə, 2022-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.

Braziliyalı legioner ötən mövsüm “Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43