PSJ-nin hücumçusu Kilian Mbappe klubdakı gələcəyi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu Paris təmsilçisindəki problemlərdən danışıb. O, hədəfinin bütün kubokları qazanmaq olduğunu bildirib:
“Mənim kimi bir oyunçu üçün məqsəd hər şeyi qazanmaqdır. Amma bilirik ki, PSJ ilə bəzi problemlərimiz var. Problemləri gec-tez həll etməliyik”.
24 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə edib.

