07 İyul 2026
Ölkə futbolu

Millimizin qapıçısı “Səbail”də – RƏSMİ

“Qəbələ”dən ayrılan Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev “Səbail”ə keçib.

İdmanxeber.az-ın məlumata görə, 32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Bu, “dənizçilər”in mövsümlərarası fasilədə 4-cü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43