09 İyul 2026
Dünya futbolu

“Roma” müdafiəçi ilə müqavilə imzaladı

“Roma”nın müdafiəçisi Kris Smollinq İtaliya klubu ilə müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidmətindən bildirilib. 33 yaşlı futbolçu ilə 2025-ci ilə qədər yeni müqavilə imzalanıb.

“Roma” Smollinqi 2020-ci ildə “Mançester Yunayted”dən alıb. Əvvəllər o, bu komandada icarə əsasında çıxış edirdi.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 47 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43