10 İyul 2026
Dünya futbolu

Ərəblər “Çelsi”nin oyunçusunu istəyir

Əl Hilal “Çelsi”nin müdafiəçisi Kalidou Koulibali ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun özü də London klubuna keçməyə müsbət yanaşır. Bir sıra İtaliya klubları – “Yuventus”, “İnter”, “Napoli” də afrikalı müdafiəçinin A Seriyasına qayıtmasını istəyir.

31 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 23 oyunda 2 qol vurub. “Transfermarkt” portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43