10 İyul 2026
Kateqoriyasız

“Barselona” Dembeleni buraxmır

“Barselona” Osman Dembele ilə müqaviləni uzatmaq istəyir.

İdmanxeber.az  “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu oyunçunun azad agent kimi klubu tərk etməsini istəmir. Bu səbəbdən də fransalıya yeni sözləşmə təklif edəcək.

Rəəhbərlik müqavilədəki təzminat bədəlini 100 milyondan 50-yə endirəcək və Dembelenin maaşını artıracaq. Tərəflərin razılaşacağı bildirilir. 

Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Fransız futbolçu bu mövsüm La Liqada 20 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43