10 İyul 2026
Dünya futbolu

Qvardiolanın köməkçisi “Lester”i çalışdıracaq

“Lester Siti” klubunun baş məşqçisi postuna Enso Mareskanı təyin edilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, əvvəllər “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.

43 yaşlı mütəxəssis yalnız bir dəfə baş məşqçi vəzifəsində çalışıb. 2021-ci ildə “Parma”nı çalışdırsa da, 5 aydan sonra qovulub.

“Lester” ötən mövsüm Premyer Liqanı 18-ci pillədə başa vuraraq Çempionşipə yuvarlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43