PSJ yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, parislilər “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etməyi planlaşdırır. Neapollular hücumçunun satışından 150 milyon avro əldə etmək istəyir.
Futbolçunun “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm 24 yaşlı nigeriyalı İtaliya çempionatında 31 matçda 25 qola imza atıb. “Transfermarkt” oyunçunu 120 milyon avro qiymətləndirir.

